Dünya

Ankara və Roma Azərbaycanın işğal olunmuş ərazilərində əks-hücum əməliyyatlarını müzakirə ediblər – VİDEO

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar italiyalı həmkarı Lorenzo Querini ilə Azərbaycanın işğal olunmuş ərazisində əks-hücum əməliyyatları barədə fikir mübadiləsi aparıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

“Nazir Hülusi Akar və italiyalı həmkarı Querini ikitərəfli və regional hərbi və təhlükəsizlik məsələlərindən əlavə Liviya və Şərqi Aralıq dəniz bölgəsində son hadisələr, Azəbaycanın işğal olunmuş torpaqlarında əks-hücum əməliyyatı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələri barədə fikir mübadiləsi aparıblar”, – deyə məlumatda bildirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında görüşlə bağlı yayımlanan açıqlamada isə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı müzakirələr zamanı atəşkəsin, həmçinin regionda sülh və asayişin bərqərar olması üçün Ermənistana verilən dəstəklərin kəsilməsi və Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsinin vacibliyi vurğulanıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir