Cəmiyyət

Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? – AÇIQLAMA

Hərbi əməliyyatlar zamanı xəsarət alan və ya şəhid olan hərbi qulluqçuların sığorta ödənişlərinin verilməsi təmin olunur.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin şöbə rəisi Araz Qurbanov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkətə bununla bağlı müraciətlər daxil olur və müraciətlərə ən qısa müddətdə cavab verilir, maksimum 3 gün ərzində ödənişlərin verilməsi təmin olunur:

“Qanunvericiliklə tələb olunan sənədlər təqdim edildikdən sonra bankda hesab açılır və həmin hesaba tərəfimizdən müvafiq məbləğ köçürülür”.

Qeyd edək ki, müraciət edən vətəndaşa bank vasitəsilə ödəniş edilir.

Hərbi qulluqçular 11 000 (on bir min) manat məbləğində müəyyən edilmiş həddə sığorta ilə təmin olunurlar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir