Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Pakistan XİN-in mətbuat xidməti məlumat yayıb.
XİN rəsmisi Fransa səfirinin çağırıldığını təsdiqləyib və bildirib ki, Pakistan hökuməti ifadə azadlığı libası altında sistemli olaraq islamofobiya kampaniyasını qınayır.