İqtisadiyyat

Azərbaycanın valyuta ehtiyatları son 1 ildə 3% artıb

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 49 780 milyon ABŞ dolları təşkil edib.

Bunun 87%-i və yaxud 43 288,6 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 491,4 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 120,4 milyon dollar və yaxud 0,2% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 65,3 milyon dollar və yaxud 0,15%, AMB-nin valyuta ehtiyatlarında isə 55,1 milyon dollar və yaxud 0,8% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 221,25 milyon dollar və yaxud 2,5% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 764,2 milyon dollar və yaxud 1,8%, AMB-nin valyuta ehtiyatları isə 457,3 milyon dollar və yaxud 7,6% artım nümayiş etdirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir