“30 ildir ki, biz səssizliyi gördük. Bunu Xocalı soyqırımında da bunu gördük”.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.
H.Hacıyev qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal olunması faktı qarşısında da susublar:
“30 ildir susqunluq, eşitmək istəmirlər, gözlərini bağlayıblar… Bu gün döyüş meydanında ordumuz torpaqlarımızı azad etdikcə, bizə qürur verir”.
Prezidentin köməkçisi əlavə edib ki, hər kəs Ermənistanın əsl simasını görür:
“Ermənistan xalqı da görməlidir ki, onların rəhbəri xaincəsinə mülki əhalini hədəf alırlar”.