“Hyuman Rayt Voç” (Human rights watch) təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair bəyanat yayıb.
Zrveyolu.info xəbər verir ki, təşkilat erməni qüvvələrinin 28 oktyabr tarixindəAzərbaycanın dinc şəhəri olan Bərdəni istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kassetli raketlərlə vurduğunu təsdiqləyib.
“Ermənistan kassetli bombalardan istifadəni, yaxud Dağlıq Qarabağ qüvvələrini onlarla təchiz etməyi dərhal dayandırmalıdır”, – qurumun yaydığı bəyanatda bildirilir.