Cəmiyyət

Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasının sədri dəyişib

“Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” (AFBİA) İctimai Birliyinin növbəti ümumi yığıncağı keçirilib.

“Report” quruma istinadən xəbər verir ki, yığıncaqda “BTB Kapital İnvestisiya Şirkəti” və “Unicapital İnvestisiya Şirkəti” ASC-lər Assosiasiyanın İdarə Heyətinə (İH) üzv qəbul olunub.

Bununla da, İH-nin üzvlərinin sayı Milli Depozit Mərkəzi (MDM), “Bakı Fond Birjası” (BFB), “AzFinance İnvestisiya Şirkəti”, “İnvestAZ İnvestisiya Şirkəti” və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-lərlə birlikdə 7-yə çatıb.

Daha sonra AFBİA-nın növbəti 2 il müddətinə İH sədrinin seçilməsi üzrə səsvermə keçirilib. Səsvermə nəticəsində, “PAŞA Kapital İnvestisiya Şirkəti”nin direktoru Ceyhun Hacıyev sədr seçilib.

Yığıncağın sonunda isə Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “ABB İnvest İnvestisiya Şirkəti” ASC-nin öz müraciəti əsasında, Assosiasiyanın üzvlüyünə daxil edilməsi ilə bağlı qərar qəbul olunub. Hazırda ölkəmizdə müvafiq lisenziyaya uyğun fəaliyyət göstərən bütün investisiya şirkətləri, həmçinin BFB və MDM Assosiasiyanın üzvüdür.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir