Manşet

Azərbaycanlı müxalifətçi Gürcüstan DTX-ya çağırılıb

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının fəalı Rafiq Orucov ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə DTX-dan bildirilib.

Qeyd olunub ki, həmin şəxs oktyabrın 31-də Tbilisidə müxalifətin Rustaveli prospektində keçirdiyi aksiyada iştirak edib və onun avtomobilində elektroşoker aşkarlanıb.

Faktla bağlı istintaq aparılır.

R.Orucov istintaq çərçivəsində sorğu-sual olunacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir