Cəmiyyət

Prezidentin köməkçisindən Ermənistanın daha bir riyakarlığı ilə bağlı AÇIQLAMA

“Ermənistan tərəfi münaqişəyə dini don geyindirməyə çalışır, lakin bu, əsassızdır. Bu münaqişəsində heç bir dini komponent yoxdur.

Bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Şuşada Gövhər Ağa məscidinə ziyan vurulmasına dair məlumatlar paylaşılır:

“Burada heç bir dini məsələ ola bilməz. Ermənistanla Azərbaycan arasında münaqişənin tarixi inkişaf tendensiyası da bunu bariz şəkildə sübut edir.

Bu münaqişənin əsasını Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təşkil edir. Azərbaycanın Ermənistanı sülhə məcburetmə əməliyyatının əsas məqsədi işğalçıları bizim torpaqlarımızdan çıxarmaqdır.

Gövhər Ağa məscidi Azərbaycanın Şuşa şəhərində olan tarixi abidəsidir və dəyərlidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir