Cəmiyyət Manşet

Azərbaycanda daha 1465 nəfər COVID-19-a yoluxdu – 17 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 62338 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 47270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib, aktiv xəstə sayı 14257  nəfərdir.

Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə 1417368 test aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir