Dünya

Pakistanda güclü zəlzələ olub

Pakistanın Bəlucistan əyalətinin Ketta şəhərində 5.4 bal gücündə zəlzələ baş verib.

Pakistan Milli Seysmik Nəzarət Mərkəzi (NSMC) zəlzələnin episentri Ketta’dan 38 kilometr şimal-şərqdə yerin 10 kilometr altında qeydə alındığını açıqlayıb.
NSMC, sarsıntıların Puçin, Harnai və Bəlucistanın digər bölgələrində də hiss olunduğunu bildirib.

5.4 bal gücündə zəlzələdən sonra bir çox Pakistanlı küçələrə axışıb.
Zəlzələdə insan tələfatı və ya maddi itki olub-olmadığı ilə bağlı hələlik məlumat paylaşılmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir