“Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan Türkiyənin “Sivasspor” komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, hər iki oyunçu əsas komandanın üzvləridir.
Adları açıqlanmayan həmin şəxslər evlərində təcrid olunub və onların müalicələrinə başlanılıb.
Qeyd edək ki, “Qarabağ” IV turda “Sivasspor”u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-da nəzərdə tutulan matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.