Cəmiyyət

Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq: “Sizin ölümünüz heç nəyi dəyişməyəcək” – VİDEO

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən işğal altında olan Ağdam rayonundakı mövqerləini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qruplarına növbəti dəfə xəbərdarlıq edilib.

Bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videodan görünür ki, ərazidə səsgücləndirici vasitəsilə ermənilərə xəbərdarlıq edilir ki, sakit şəkildə silahı yerə qoysunlar və ərazini tərk eləsinlər.

Bildirilir ki, onların təslim olmaması və ölümü nəticəni dəyişməyəcək.

Sözügedən videonu təqdim edirik:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir