Manşet Səhiyyə

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

 

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 77083 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir.

Ölkədə son sutka ərzində 7137, hazırkı dövrədək isə 1523221 test aparılıb.

15 Noyabr 2020-ci il tarixində son gün ərzində 2259 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir