Rus sülhməramlıları Kəlbəcərin Xudavəng bölgəsi yaxınlığında 2 müşahidə postu qurub.
Publika.az xəbər verir ki, müşahidə postundan biri yaşayış məntəqəsinin girişində, digəri isə birbaşa Xudavəng monastırında yerləşəcək.
Sülhməramlılar jurnalistlərə açıqlamasında bildirib ki, əvvəllər anlaşmazlıqlar və hətta təxribat xarakterli hərəkətlərlə qarşılaşmağa hazırlaşıblar. Lakin gözləntiləri əsassız olub.