Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölmələrinin hərbçiləri Azərbaycanın Qarabağ bölgəsinə gətirilir.
Bu məlumatı Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Məlumata görə, hərbçilərin nəqli İl-76 təyyarəsi ilə gerçəkləşdirilir. İstehkamçıların Qarabağda ərazilərin, yolların və obyektlərin minalardan təmizlənməsi ilə məşğul olacağı bildirilib.
Partlayış təhlükəsi olan predmetlərin axtarışı və aşkar edilməsində xidməti itlərdən istifadə ediləcəyi qeyd edilib.