Manşet Səhiyyə

Azərbaycanda koronavirusa yoluxanların sayı 81 min nəfəri keçib

Azərbaycanda koronavirusa yoluxanların sayı 81 397 nəfərə çatıb. Dünən bu göstərici 79 158 idi. Son məlumatlara görə, yoluxanlardan 1 030-u ölüb, 58 111-i sağalıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasından aydın olur.

Ümumiyyətlə dünyada 56 563 802 nəfərdə koronavirus aşkar edilib.

Virusdan 1 354 802 xəstə ölüb, 39 352 241 nəfər sağalıb.

Asiyada 15 364 703, Avropada 14 681 249, Şimali Amerikada 13 942 970, Cənubi Amerikada 10 504 498, Afrikada isə 2 026 587 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (11 873 727 nəfər), Hindistan (8 958 483 nəfər), Braziliya (5 947 403 nəfər), Fransa (2 065 138 nəfər) və Rusiyadır (1 991 998 nəfər).

İranda 801 894, Türkiyədə 425 628, Ermənistanda 120 459, Gürcüstanda isə 89 395 nəfərdə koronavirus müəyyən edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir