Həftəsonları kafe-restoranlar, bərbərxana və gözəllik salonları işləməyəcək.
2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.