Səhiyyə

Azərbaycanda koronavirusa yoluxma yenidən rekord qırdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3169 yeni yoluxma faktı qeydə alınıb, 1404 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

19 Noyabr 2020-ci il tarixində son gün ərzində 2597 yoluxma faktı qeydə alındığı açıqlanmışdı. 19 Noyabrda bu günədək ən yüksək günlük yoluxma faktı qeydə alınmışdı.

İndiyədək ölkədə ümumilikdə 87 163 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 60 869 nəfər müalicə olunaraq sağalıb, 1 079 nəfər vəfat edib, aktiv xəstə sayı 25 215 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 618, ötən müddət ərzində isə ümumilikdə 1 576 060 test aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir