Həftəsonu avtobuslar işləməyəcək: Taksilərin fəaliyyəti məsələsinə aydınlıq gətirildi – RƏSMİ
Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.