Dünya

Lavrovla Şoyqu Ermənistana gedir

Rusiyanın Xarici İşlər naziri Serget Lavrov və Müdafiə naziri Sergey Şoyqu Ermənistana səfər edəcək.

Zirveyolu.info erməni mediasına istinadən xəbər verir ki, səfər noyabrın 21-də gerçəkləşdiriləcək. Səfərin gündəliyi hələlik açıqlanamayıb. Lakin ehtimal olunur ki, Lavrov və Şoyqunun Baş nazir Nikol Paşinyanla görüşü planlaşdırılır.

Nümayəndə heyətinə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və İqtisadiyyat naziri Aleksandr Novak da daxildir. Nümayəndə heyətinin səfəri bir neçə saat çəkəcək.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir