“Bu payız ağacəkmə mövsümündə də daha çox ağac əkilməsinin təşviqi məqsədilə tinglik sahələrimizdə yetişdirdiyimiz ağac tinglərini, xüsusən Bakıda və Abşeron yarımadasında əkilməsi üçün əhaliyə əvəzsiz olaraq paylamağı planlaşdırırıq”.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova öz “Facebook” səhifəsində paylaşım edib.
O qeyd edib ki, nazirlik vətəndaşlardan bu kampaniyanın necə təşkil olunması ilə bağlı təkliflər gözləyir:
“Pandemiyadan irəli gələn karantin şərtlərinə əməl etmək zərurəti yarandığından, ağac tinglərinin əhaliyə hansı formada paylanmasının təşkili barədə düşünürük.
Xatırlayırsınızsa, ötən illərdə ağac tinglərinin paylanması aksiyalarını təşkil edirdik. Sevindiricidir ki, hər kəs ağac əkmək istədiyindən təbii olaraq kütləvilik yaranırdı.
Hesab edirəm ki, indiki şərtlərdə bu cür aksiyaların keçirilməsi uyğun deyil. Siz karantin şətlərinə əməl etməklə əhaliyə ağac paylanılmasını necə görürsünüz?”, – deyə İ.İbrahimova öz “Facebook” izləyicilərinə müraciət edib.