Manşet Səhiyyə

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Son 24 saatda Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 735 yeni yoluxma faktı qeydə alınıb, 1 374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 28 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 89 898 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 62 243 nəfər müalicə olunaraq sağalıb, 1 107 nəfər vəfat edib, aktiv xəstələrin sayı 26 548 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 220, ötən müddət ərzində isə ümumilikdə 1 592 280 test aparılıb.

Xatırladaq ki, 20 Noyabr 2020-ci il tarixində son gün ərzində 3169 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir