Müasir smartfonlarda istifadəçilərin özləri batareyanı əvəz edə bilmədiklərindən, bir çoxları üçün telefonlarının ömrü batareyanın ömrü qədərdir.
“Praym”ın məlumatına görə, Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bu barədə danışıb.
Onun sözlərinə görə, smartfon yüksək temperaturda istifadə olunarsa, batareyanın ömrü azalır.
“Məsələn, smartfonunuzu sürətli şarj edirsiniz və eyni zamanda “Zoom”da danışırsınızsa, cihazın temperaturu əhəmiyyətli dərəcədə arta bilər, bu da batareyanın zədələnməsinə səbəb olur”, – deyə ekspert izah edir.
Müasir smartfonların vaxt keçdikcə performansını itirə bilən digər bir hissəsi də OLED ekranıdır. Xüsusilə yüksək parlaqlıqda istifadə edildikdə onlar solmağa meyillidirlər. Bunun qarşısını alan bir neçə texnologiya var, ancaq bununla belə, 3-4 il ərzində tükənməkdən tamamilə qaçmaq mümkün deyil.
“Smartfonların ömrünü qısaldan açıq səbəblər arasında onunla ehtiyatsız davranma, yerə düşmə, içərisinə nəmin daxil olmasıdır. Su keçirməyən ağıllı telefonda da nəm SİM-kart yuvasından içəri daxil ola bilər”, – deyə o əlavə edib.
Telefonu tez-tez yerə düşürənlər üçün mütəxəssis ya orijinal, ya da xüsusi böyük zərbəyə davamlı örtüklərdən istifadəni məsləhət görür. Qoruyucu şüşə ekranı cızıqlardan qoruya bilər, lakin cihazın görünüşünü pozur, həmçinin alt ekran barmaq izi sensorları da ona görə düzgün işləməyə bilər.
Qritsenko, həmçinin, smartfon batareyasında enerji yükünü “sıfıra” salmağı tövsiyə edib.