İranın Müdafiə Nazirliyi qurumun Araşdırma və İnnovasiya Təşkilatının rəhbərinin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.
Zirveyolu.info məlumatına görə, açıqlamada bildirilib ki, bu gün günorta saatlarında silahlı şəxslər Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadənin avtomobilinə hücum edib
Qeyd olunub ki, mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Atışma nəticəsində M. Fəxrizadə yaralanıb və xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.