Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkət edən tələbə yenı videomüraciət yayıb.
BDU-nun I kurs tələbəsi Pərviz Məhəmmədov etdiyi hərəkətə görə üzr istəyib:
“Bayrağa qarşı hörmətsizlik etmişəm. Buna görə də hər kəsdən üzr istəyirəm”.
Pərviz deyib ki, heç kim onu müdafiə etməsin:
“Sosial şəbəkələrdə məni qınayırlar, müdafiə də edirlər. Məni müdafiə etməyin. Məsələnin qəlizləşdirilməsinə, barəmdə iş açılmasına səbəb olursunuz. BDU-nun Ağsaqqallar Şurası, xüsusi müəllimlər hər şeyi öz yoluna qoyur. Mənə görə narahat olmayın. Reytinq qazanmaq istəyənlər də o videoları silsinlər”.