2020-ci ilin sonuna qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivlərinin həcminin 1 milyard 850 min manat olması gözlənilir.
Bu barədə fondun satmaq öhdəliyi ilə kirayəyə vermək mexanizmi çərçivəsində təşkil etdiyi onlayn mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, fondun hazırkı maliyyə göstəricilərində cəmi aktivlərin həcmi 1,8 milyard manatdır. Eləcə də, məcmu kapital həcmi 822 milyon manata bərabərdir. Növbəti dövrdə fond tərəfindən 50 istiqraz daha yerləşdirilməsi gözlənilir.
2020-ci il üçün 250 istiqraz emissiyası planlaşdırılıb və bu həcmin ilin sonuna qədər təmin edilməsi gözlənilir.