Cəmiyyət

“Koronavirusun bitəcəyinə ümid bəsləməyin” – ÜST rəsmisi danışdı

Koronavirus pandemiyasının yaxın aylarda bitəcəyinə ümid bəsləməyə dəyməz.
Bu fikri TASS agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyinin rəhbəri Melita Vuynoviç söyləyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq üçün hələ uzun yol keçilməlidir.
Yalnız bir müddətdən sonra tətbiq olunacaq peyvənddən istifadə nəticəsində immunitet səviyyəsi yetəri səviyyəyə qalxdığı halda pandemiyanın bitdiyini elan etmək olar. M.Vuynoviç xəbərdarlıq edib ki, COVID-19 heç vaxt yox olmayacaq və digər viruslar kimi həmişəlik bizimlə qalacaq. “Biz onunla yaşamağı öyrənməli və virusun həyatımızı idarə etməsinə yol verməməliyik”, – deyə o bildirib.
ÜST-ün nümayəndəsi rusiyalılara Yeni il bayramlarını evdə keçirməyi tövsiyə edib. M.Vuynoviçin fikrincə, əyləncəli tədbirlərdə isə yalnız sosial məsafəni gözləməklə iştirak etmək olar.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir