Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfərinin təxirə salınması erməni ictimai-siyasi mühitində müzakirə mövzusudur.
Yenisabah.az xatırladır ki, səfər Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşünün alınmaması üzündən təxirə salınıb. Baş nazirin protokol xidməti bütün səylərini səfərbər etsə də, Putinlə təkbətək görüşü razılaşdıra bilməyib. Bu barədə məlumatı erməni mediası yayıb.
Siyasi analitiklər hesab edir ki, Putin sadəcə Paşinyanla görüşü rədd edib. Bunun səbəbi əlbəttə ki, Baş nazir və komandasının Qərbə yaxınlığı ilə əlaqədardır. Təsadüfi deyil, Paşinyan hakimiyyəti dönəmində Ermənistan-Rusiya münasibətlərində soyuqluq yaranıb. Hətta erməni ictimai-siyasi mühitində hesab edirlər ki, Rusiyanın Qarabağ savaşında İrəvana gözlənilən dəstəyi verməməsi Paşinyana mənfi münasibətdən irəli gəlir.
Səfərin təxirə salınması ilə bağlı başqa versiyalar da var. Bəzi analitiklər hesab edir ki, Paşinyanın Rusiyaya səfərinin qarşısını Ermənistan prezidenti Armen Sarkisyan alıb.
Nikol Paşinyanın Rusiyaya səfər edəcəyi barədə məlumat yayıldıqdan az sonra Armen Sarkisyanın Moskvaya getdiyi bəlli oldu. Ermənistan prezidentinin dəftərxanasının yaydığı məlumatda qeyd edilirdi ki, səfər işgüzar xarakter daşıyır.
Armen Sarkisyanın Moskvada erməni diaspor nümayəndləri və icma üzvləri ilə görüşəcəyi, Qarabağ və ölkədaxili vəziyyəti müzakirə edəcəyi bildirilirdi.
Hələ onda belə şübhələr yaranmışdı ki, Sarkisyanın Rusiyaya səfəri Qarabağ savaşındakı məğlubiyyətdən sonra çətin vəziyyətə düşən Nikol Paşinyana Moskvanın dəstəyini qazanmaq imkanı verməmək istəyindən gəlir. Rusiyadakı erməni diaspor nümayəndələri ilə görüş də bu məqsədlə keçirilib. Sarkisyan Kremlin siyasi dairələrinə təsir etmək imkanı olan diaspor nümayəndələri ilə görüşərək Paşinyanın Rusiyaya səfərini əngəlləməyə çalışıb.
Armen Sarkisyan ölkədəki siyasi böhrandan çıxış yolu kimi Paşinyanın istefasının tərəfdarıdır. Baş nazir isə hələ ki, postundan getmək niyyətində görünmür…