Cəmiyyət

Azərbaycanda 1 ay sonra koronavirusa yoluxma azalacaq – PROFESSOR

“Yoluxma o həddə çatıb ki, artıq heç bir qadağa virusun qarşısını almaqda effektli olmayacaq”.

Bu sözləri Redaktor.az-a açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla deyib.

O bildirib ki, virusa yoluxma bir müddət sonra öz-özünə azalacaq:

“Hazırda yoluxma həddən artıq çoxdur. Belə bir vəziyyətdə qadağalar nəyi həll edəcək?! Qadağa o zaman effektli olur ki, yoluxma sayı az olsun. Vaxtı ilə mən bir neçə təklif irəli sürdüm, lakin aidiyyətli qurumlar bununla bağlı lazımi addımı atmadılar.

İndi artıq heç bir qadağanın effekti olmayacaq. Proses bir müddət davam etdikdən sonra insanlarda kollektiv immunitet yaranacaq. İmmunitet yarandıqdan sonra da xəstəlik yavaş-yavaş azalacaq. Bu da təxminən bir ay çəkəcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir