Rusiya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ölkələrinin Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə əldə edilmiş üçtərəfli bəyanata görə daha fəal dəstəyinə ümid bəsləyir.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iştirakçılarına video müraciəti zamanı deyib.
“Münaqişələrin həllində təşkilatın potensialı tələb olunmaqdadır. İştirakçı dövlətlər ATƏT məkanında böhranlı vəziyyətlərin həlli ilə bağlı əldə olunan razılaşmalara daha çox dəstək göstərməlidirlər, bu, onların həyata keçirilməsinə töhfə verəcək. Biz bunu Dağlıq Qarabağdakı nizamlama ilə bağlı da gözləyirik. ATƏT-in Minsk Qrupunun üç həmsədri arasındakı əməkdaşlığı qiymətləndiririk”, – deyə Lavrov qeyd edib.