Ermənistanda itkin düşən hərbçilərlə bağlı qaynar xətt yaradılır.
Oxu24.com xəbər verir ki, Sputnik Armeniya saytının məlumatına görə, bu gün qaynar xəttə 200 nəfərdən çox adam müraciət edib. Onlar itkin düşmüş şəxsləri axtarırlar.
Sayt bildirib ki, indiyə kimi 500 nəfərin cəsədi analiz olunub və müəyyənləşib.
Bu onu göstərir ki, düşmən ölkənin itkisi xeyli çoxdur.