Qərb Rusiyanı digər dövlətlərin işinə müdaxilədə ittiham etmək üçün kifayət qədər bəhanələr düşünə bilər.
Bnu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Son zamanlar bizi Belarusun işlərinə müdaxilədə ittiham edirlər. Guya Dağlıq Qarabağa Qərbə qarşı öz geosiyasi vəziyyətimizi gücləndirmək üçün müdaxilə etmişik, Qərbə qarşı vəziyyətimizi gücləndirmək üçün Türkiyə ilə bu regionu bölməklə bağlı razılaşmışıq. Avropa, ABŞ, eləcə də Britaniya adalarından dominantlıq edən analitiklərin psixologiya və məntiqi budur…” – deyə o bildirib.