Manşet

İrəvandan Xankəndinə daha 470 erməni gətirildi – 42 min oldular

Rusiya sülhməramlıları Ermənistandan Qarabağa köçən qaçqınların növbəti kolonunu müşayiət edib.

Musavat.com bildirir ki, bununla bağlı erməni mətbuatı xəbər yayıb. Bildirilir ki, dekabrın 19-da İrəvandan Xankəndinə daha 470 nəfər yola salınıb. Erməniləri daşıyan avtobuslar rusiyalı sülhməramlı kontingentinin patrul xidmətinin və hərbi polisin müşayiəti ilə daşınıb.

Ermənistan mətbuatı yazır ki, üçtərəfli razılaşmanın imzalanmasından bu günə qədər Qarabağa 42 min nəfər qaçqın qayıdıb.

Ancaq sülhməramlıların dəstəyi ilə Qarabağa gətirilənlərin doğrudan da Xankəndi sakinləri olub-olmadığı bəlli deyil, buna əmin olmaq üçün Azərbaycanın müvafiq qurumlarının araşdırma aparması lazım gələcək.

Xatırladaq ki, ölkəmizin rəhbəri Dağlıq Qarabağda 60-65 min nəfər civarında erməninin yaşadığını bildirib. Bu günədək 40 mindən çox erməninin təkcə Xankəndinə daşınması əsaslı şübhələr yaradır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir