Manşet Səhiyyə

TƏBİB-dən rüşvət ittihamlarına cavab: “Belə hallar mümkündür”

“Bu günlərdə koronaviruslu pasiyentlərin xəstəxanaya yerləşdirilməsi zamanı rüşvət alınması barədə şikayətlər oldu. Açıqlama verdik, belə bir fakt varsa, əlaqə saxlayın, məlumat verin. Bununla bağlı xüsusi nömrə də ayrılıb. Bir daha qeyd edirəm ki, (051) 513-15-42 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] email ünvanına yaza bilərsiniz”.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış özünün “Facebook” səhifəsində paylaşdığı statusunda qeyd edib.

TƏBİB rəsmisi belə halların mümkün olduğunu bildirib:

“Belə hallar mümkündür, ortada insan faktoru var. Ölkədə yüzlərlə səhiyyə müəssisəsi və minlərlə tibb işçisi fəaliyyət göstərir. Təxminən 100 nəfərlik əməkdaşla 100 000 nəfərlik bir heyətin bütün üzvlərinə nəzarət etmək üçün fiziki imkanımız yoxdur. Ona görə də sizdən kömək istədik. Topladığımız bütün tutarlı faktları araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəririk”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir