Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyeva Qubadlıda olarkən onlara xurma sovqatı verilib.
“Qafqazinfo” xəbər verir ki, xurmaları kameralara nümayiş etdirən dövlət başçısı deyib:
“Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik. Əzilməsin”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.