İdman

Dünya Kubokunun mükafat fondu artırıldı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişi və qadınlar arasındakı Dünya Kuboklarında iştirakçı sayını və mükafat fondunu artırıb.

Kişilərin mübarizəsində bundan sonra rekord sayda – 206 şahmatçı çıxış edəcək. Mükafat fondu isə 1 milyon 890 min ABŞ dollar olacaq.

Qadınların yarışında mükafat fondu 50 faiz artırılaraq 676 min ABŞ dollarına çatdırılıb. Bu yarışda isə 103 oyunçu iştirak edəcək.

Qeyd edək ki, Teymur Rəcəbovun ötən il qazandığı Dünya Kubokunun 2021-ci ilin ikinci yarısında Rusiyanın Soçi şəhərində keçiriləcəyi gözlənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir