Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin nəyə görə ictimaiyyətə ailəsi barədə danışmadığını açıqlayıb.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya lideri qızlarının olduğunu gizlətmir.
“Bəli, onun qızları var. Kimdir onlar? Bəli, bu mövzunu ictimai şəkildə danışmağı sevmir, üstəlik bunun səbəbini də dəfələrlə izah edib”, – deyə D.Peskov bildirib.
O qeyd edib ki, V.Putin öz işini, iş tərzini dəyişmək niyyətində deyil, çünki onun üçün ən əsası öhdəliklərini necə yerinə yetirməsidir. Rusiya lideri ümid edir ki, insanlar onun şəxsi həyatına anlayışla yanaşırlar.