Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yanvarın 1-də saat 4 radələrində Daşkəsən şəhəri ərazisində qeydə alınıb.
Şəhər sakini S.Alıyev idarə etdiyi “Qazel” markalı avtomobili dərəyə aşırıb.
Nəticədə sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.