Yanvarın 3-də saat 20 radələrində Beyləqan rayonu İkinci Aşıqlı kəndinin ərazisində Zərdab rayon sakini X.Məmmədzadə idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobusu aşırıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nəticədə sərnişinlərdən Emil Salıyev hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Araşdırmalar aparılır.