Azərbaycanda bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə ayrılan xərclərin təyinatı məlum olub.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə 5 036 561 290 manat vəsait ayrılıb.
Həmin vəsaitin 2 835 000 000 manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə