Lerik rayonunda ümumi sahəsi 72 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının taxtadan ibarət tavanı 10 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.