Dünya

“Oneqa”nın batdığı ərazidə ölənlərin cəsədləri tapılmadı

“Oneqa” balıqçı gəmisinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatı tamamlanıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”dan (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) bildirilib.

Məlumatlara görə, balıqçıların cəsədləri tapılmayıb.

Xatırladaq ki, “Oneqa” balıqçı gəmisi dekabrın 28-də Rusiyanın Arxanqelsk vilayətində Yeni Torpaq arxipelaqı yaxınlığında, Barents dənizinin sularında batıb. İlkin məlumatlara görə “Oneqa” gəmisinin qəzaya uğramasına səbəb buzlanma olub. Gəmidə 19 nəfər olub və yaxınlıqdakı “Voykovo” gəmisi iki nəfəri xilas etməyə nail olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir