Cəmiyyət

İctimai nəqliyyatda və taksilərdə gediş haqqının qaldırılması ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 növ benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bu gün hər kəsi maraqlandıran sual ictimai nəqliyyatda və taksilərdə gediş haqqı qaldırılacaqmı?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Azər Badamov bildirib ki, Tarif Şurasının Aİ-92 benzinin və dizel yanacağının qiymətinin artırması ictimai nəqliyyatda gediş haqlarını artıracağını düşnmürəm:

“Çünki, ictimai nəqliyyatda gediş haqlarının artırılması pərakəndə şəkildə baş vermir. Bu məsələni Tarif Şurası nəzarətdə saxlayır. Yəni, ictimai nəqliyyatda gediş haqları ancaq Tarif Şurası tərəfindən artırıla bilər. Hələ ki, belə bir qərar müzakirə olunmadığından ictimai nəqliyyatda gediş haqlarının artmasından danışmaq olmaz.

Deputat qeyd edib ki, taksi xidmətlərində gediş haqlarının artması isə özəl məsələdir:

“Taksi xidmətləri özləri gediş haqqını müəyyənləşdirirlər. Düşnürəm, burada da ciddi artım müşahidə olunmayacaq. Çünki, taksi xidmətində güclü rəqabət var və bu xidməti göstərənlər daha ucuz xidmət tətbiq etməklə bazarda öz şirkətlərin cəlbediciliyini artırmaq istəyirlər. Hətta Bakı şəhərində elə taksi xidmətləri fəaliyyət göstərir ki, bu şirkətlərin xidmətlərindən istifadə etmək şəxsi avtomobili sürməkdən daha sərfəli edir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir