Cəmiyyət

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi

“Azərişıq” ASC-nin əməkdaşı koronavirusdan vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qurumun Texniki departamentinin baş mühəndisinin müavini Əbülfət Paşayev bir müddət əvvəl koronavirusa yoluxub. Aparılan müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Ə.Paşayev ötən gün koronavirusdan vəfat edib.

Xatırladaq ki, mərhum bir müddət əvvəl “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir