Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Azərbaycan və Ermənistan arasında viza məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir:
“Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır”.