Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserinin psixiatrı Valeh Alışov bir müddət öncə koronavirusa yoluxub.
Müalicələrə baxmayaraq, həkimin vəziyyəti ağırlaşıb və ötən axşam radələrində koronavirusdan vəfat edib.
Məlumatı həkimin çalışdığı Sumqayıt Ruhi Əsəb Xəstəlikləri Dispanserindən Oxu.Az-a təsdiq ediblər.