ABŞ Konqresinin binasında iğtişaşlar zamanı yaralanan polis əməkdaşı Brayn Siknik ölüb.
TASS-ın məlumatına görə, bu barədə polis departamentin saytında açıqlama verilib.
Çərşənbə günü baş verən etirazlarla əlaqədar cəlb olunan polis iğtişaşçılarla münaqişə zamanı yaranlanmışdı. Faktla əlaqədar istintaq başladılacaq.
Qeyd edək ki, Kapitoli Polis İdarəsinin rəisi Stiven Sand iğtişaş iştirakçılarının Konqres binasına daxil ola bilməsi ilə əlaqədar istefa verib.