Manşet

“Həbsdə qalmağım şirkətimi iflas vəziyyətinə gətirdi” – Mübariz Mənsimov

Hazırda FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi keçirilir.
İş adamının köməkçisi Fidan Quliyeva 15 ilə qədər həbsi istənilən Mənsimovun məhkəmədə verdiyi ifadəni sosial şəbəkələrdə paylaşıb:
“Məni həbs etmək terror şəbəkəsinin çörəyinə yağ sürtməkdir. Mən heç bir zaman FETÖ-çü olmadım, deyiləm, ola da bilmərəm! Azad olunmağımı istəyirəm! Heç bir zaman dövlətin iradəsinə zidd heç bir şey etmədim. Tam əksinə, bütün şirkətlərimi bağlayıb Türkiyəyə daşıdım. Mənim burada 10 ay qalmağım şirkətimi iflas durumuna gətirdi. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyyətdədir. Orada olan azərbaycanlılar və türklərdir.

“Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada gedən şirkətlərdən biri idi. Bu, bir Türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab Hakim! Mənə FETÖ damğasını kimsə vura bilməz. Mənim onlara necə nifrət etdiyimi hamı bilirdi. Mən o köpəklərə heç bir zaman xidmət etmədim, etmərəm də! Elə idisə, bugünə qədər məktəb, xəstəxanaları hansısa vəqfə və ya bu təşkilata hədiyyə edərdim. Mən hamısını inşa etdirdim və dövlətə təslim etdim”, – deyə, Mübariz Mənsimov ifadəsində bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir