Koronavirus peyvəndinin virusun “Britaniya ştammı”na qarşı təsirli olmaması hələlik təsdiqini tapmayıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Melita Vuynoviç TASS-a açıqlamasında deyib.
“Böyük Britaniya koronavirusun yeni ştammının daha yoluxucu olduğunu bildirib. Ancaq onun daha yoluxucu olması və ya hazırlanan peyvəndlərin ona qarşı az effektli olması ilə bağlı məlumat hələ ki, yoxdur”, – ÜST mütəxəssisi qeyd edib.
Onun sözlərinə görə, bu istiqamətdə araşdırmalar davam edir:
“Hazırda yeni varianta əsasən 14 mutasiya mövcuddur. Bəziləri virusun yoluxma dərəcəsinə, yəni xəstədən sağlam insana ötürülmə qabiliyyətinə və ya xəstəliyin şiddətinə təsir edə bilir”.